Milli Hokkey Liqasında başından güclü zərbə alan hücumçu oyunu davam etdirə bilməyib - VİDEO
- 14 mart, 2018
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 mart. REPORT.AZ/ Kanadanın “Monreal Kanadiens” komandasının hücumçusu Endryu Şou Milli Hokkey Liqasında “Dallas Starz”la görüşü başa çatdıra bilməyib.
“Report” xəbər verir ki, 27 yaşlı hokkeykçi üçüncü periodun gedişində rəqib müdafiəçi Qreq Paterinə qarşı güc fəndi tətbiq edib. Lakin Şou onunla baş-başa toqquşaraq yıxılıb və yerdə qalıb.
Çətinliklə ayağa qalxan idmançıya meydandan çıxmaq üçün komanda yoldaşları kömək göstəriblər. Matçdan sonra Şou müayinədən keçməli olub. Müayinənin nəticəsi hələlik açıqlanmasa da, hokkeyçinin karyerası ərzində bir neçə dəfə beyninin silkələndiyi bildirilir.
Qeyd edək ki, matç “Monreal Kanadiens”in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
President Donald J. Trump welcomes the President of Azerbaijan, Ilham Aliyev @PresidentAZ, to the White House. pic.twitter.com/6SOvrOjAJm
— The White House (@WhiteHouse) August 8, 2025