Macarıstan klubu Azərbaycan millisinin oyunçusu ilə danışıqlar aparır

Macarıstan klubu Azərbaycan millisinin oyunçusu ilə danışıqlar aparır Macarıstanın "Vaşaş" klubu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın müqaviləsini uzada bilər.
Komanda
11 May , 2022 15:45
Macarıstan klubu Azərbaycan millisinin oyunçusu ilə danışıqlar aparır

Macarıstanın "Vaşaş" klubu Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın müqaviləsini uzada bilər.

Bu barədə "Report"a müsahibəsində 29 yaşlı oyunçunun özü bildirib.

Abduləzimova hazırda danışıqların davam etdiyini söyləyib: "Ümid edirəm ki, xeyirlisi nədirsə, o da olacaq".

Qeyd edək ki, "Vaşaş" ötən gün ölkə çempionu olub.

Ayşən Abduləzimovanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi