"Lənkəran"ın baş məşqçisi: "Səhvlər bizi aşağı dartır"

"Lənkəran"ın baş məşqçisi: "Səhvlər bizi aşağı dartır" Səhvlər bizi aşağı doğru dartır.
Komanda
19 Yanvar , 2025 16:39
Lənkəranın baş məşqçisi: Səhvlər bizi aşağı dartır

Səhvlər bizi aşağı dartır.

"Report" xəbər verir ki, bunu "Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç Azərbaycan Basketbol Liqasının XI turunda "Gəncə" ilə matçdan (66:79) sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis məğlubiyyətin səbəbini oyunçu çatışmazlığı ilə əlaqələndirib:

"Bizim üçün çox çətindir. Əvvəlki kimi rotasiya problemimiz var. Çoxlu səhvlərin səbəbi 5 oyunçunun uzun müddət meydanda olmasıdır. Səhvlər bizi aşağı dartır. Bu gün ötən qarşılaşmalara nisbətən daha yaxşı oyun nümayiş etdirdik. Amma bu, qələbə üçün yetərli deyil. Məğlubiyyətlər basketbolçuların psixoloji durumuna da mənfi təsir edir. Yenə də bunun obyektiv səbəbləri olduğunu deyəcəyəm. Ümid edirəm ki, 3-cü qələbəmizi Lənkəranda qazanacağıq".

Son xəbərlər

Orphus sistemi