Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə jurnalistlər arasında keçiriləcək voleybol üzrə Zəfər Kubokunun püşkatma mərasimi baş tutub.
"Report" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev, baş katibi Faiq Orucov, icraçı direktoru Vüqar Hüseynzadə, Sumqayıt Regional Voleybol Klubunun direktoru Azər Kərimov, İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov və AVRORA şirkətinin nümayəndəsi Vasif Musayev iştirak edib.
F.Qarayev çıxışında komandalara uğurlar arzulayıb, bu cür yarışların gələcəkdə daha çox keçirilməsinin tərəfdarı olduğunu deyib.
Daha sonra İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov təşkil etdikləri yarışla bağlı ətraflı məlumat verib.
6 komandanın - "Şuşa", "Kəlbəcər", "Zəngilan", "Füzuli", "Laçın" və "Ağdərə"nin iştirak edəcəyi, ardıcıl 4-cü dəfə keçiriləcək turnirin püşkatmasından sonra qrupların tərkibi müəyyənləşib.
A qrupu
"Kəlbəcər"
"Zəngilan"
"Füzuli"
B qrupu
"Şuşa"
"Ağdərə"
"Laçın"
Açılış matçında "Kəlbəcər" və "Füzuli" komandaları qarşılaşacaq.
Qeyd edək ki, Zəfər Kuboku iyulun 20-21-də Qusar Olimpiya İdman Kompleksində keçiriləcək.