"Honda" Azərbaycan Qran-prisinədək mühərriklərinin gücünü artıracaq

"Honda" Azərbaycan Qran-prisinədək mühərriklərinin gücünü artıracaq Red Bullun yarış məsləhətçisi Helmut Marko De Telegraaf nəşrinə təsdiq edib ki, komandası artıq Formula-1in növbəti mərhələsinədək daha güclü mühərrikə malik olacaq.
Komanda
16 Aprel , 2019 06:46
Honda Azərbaycan Qran-prisinədək mühərriklərinin gücünü artıracaq

"Red Bull"un yarış məsləhətçisi Helmut Marko "De Telegraaf" nəşrinə təsdiq edib ki, komandası artıq "Formula-1"in növbəti mərhələsinədək daha güclü mühərrikə malik olacaq.

"Report" xəbər verir ki, onun sözlərinə görə, "Honda" Azərbaycan Qran-prisinədək güc qurğularının qüvvətini 20 at gücü artıracaq.

Bununla belə söhbətin maşınlarda yeni güc qurğularının quraşdırılmasından və ya artıq istifadədə olan qurğuların əldə olan imkanlar hesabına qüvvətləndirilməsindən getdiyi açıqlanmır.

Birinci halda, ikinci mühərrikin erkən qurulması çempionatın sonunda cərimələr vəd edir.

Ekspertlərin qiymətləndirməsinə görə, hazırki yapon mühərriklərinin gücü 952 at gücü təşkil edir ki, bu da onun rəqibləri olan "Mercedes" və "Ferrari"dən 38 at gücü azdır. Eyni zamanda "Honda" "Renault"u 7 at gücü üstələyir.

Mühərrik gücünün 20 at gücü artırılması "Honda" müştərilərinə rəqiblərini bir dövrədə orta hesabla 0,2 saniyə qabaqlamaqda kömək etməlidir.

Son xəbərlər

Orphus sistemi