Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb.
Komanda
26 Aprel , 2024 12:19
Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb

Həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kişilər arasında yarışda çempionluq uğrunda mübarizəni davam etdirən “Bakı” klubu XVIII turda iddialı “Azəryol”u qəbul edəcək. Komandalar aprelin 27-də, saat 14:00-da “AHF Arena”da üz-üzə gələcəklər.

Lider “Kür” isə "Qarabağ”la münasibətləri aydınlaşdıracaq. Aprelin 28-də “Kür” Olimpiya İdman-Tədris Mərkəzində keçiriləcək matç saat 12:00-da başlayacaq.

Qadın həndbolçular arasında ölkə çempionatında isə XV turun görüşləri baş tutacaq. Yarışın favoritləri sayılan “Azəryol” və “Qarabağ” aprelin 27-də, saat 12:00-da münasibətləri aydınlaşdıracaqlar. Bu qarşılaşma “AHF Arena”da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi