Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib AVRO-2026-nın ilkin təsnifat oyunları ilə əlaqədar kişi həndbolçuların Azərbaycan çempionatında yaranmış fasilə başa çatıb.
Komanda
30 Yanvar , 2023 19:26
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

AVRO-2026-nın ilkin təsnifat oyunları ilə əlaqədar kişi həndbolçuların Azərbaycan çempionatında yaranmış fasilə başa çatıb.

"Report"un məlumatına görə, XI turda "AHF Arena"nın meydançasına əvvəlcə U-16 və RİOEUGİM komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan görüş 30:26 hesabı ilə U-16-nın xeyrinə nəticələnib.

"Təhsil" - "Bakı" oyunu da maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissədə minimal üstünlük qazanan "Təhsil" matçı qələbə ilə başa çatdırıb - 26:24. Daha böyük maraqla gözlənilən "İdman Akademiyası" - "Dinamo" qarşılaşması gərginliyi ilə digərlərindən çox fərqlənib. Daha yüksək əzmkarlıq göstərən "İdman Akademiyası" rəqibin ciddi müqavimətinə baxmayaraq pərəstişkarlarını növbəti qələbə ilə sevindirib - 27:25

XII turda RİOEUGİM U-16 ilə oyunda revanş almağı bacarıb - 24:19. Çempionluq uğrunda yarışan “Dinamo” "İdman Akademiyası" ilə oyunda bu istəyini reallaşdıra bilməyib. Görüş “tələbələrin” 32-31 hesablı qələbəsi ilə nəticələnib. “Bakı” - “Təhsil” matçında isə nominal ev sahibi məğlubiyyətlə barışmalı olub - 25:34.

Turnir cədvəlinə 21 xalla "İdman Akademiyası" başçılıq edir. "Məhsul" ondan 4 xal geri qalır. İlk üçlüyü 15 xalla "Təhsil" qapayır. "Dinamo" 12 xalla 4-cüdür. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. "Bakı" 1 xalla son pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi