Helikopter qəzasında ölən basketbolçunun geyindiyi ilk forma rekord qiymətə satılıb
Komanda
- 26 aprel, 2025
- 17:17
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ildə helikopter qəzasında 13 yaşlı qızı Gianna ilə birlikdə həyatını itirən Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi "Los Anceles Leykers"in sabiq oyunçusu Kobe Brayantın geyindiyi ilk forma rekord qiymətə satılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, "Sotheby's" hərrac evi tərəfindən satışa çıxarılan forma 7 milyon dollara alınıb.
K.Brayant bu formanı 1996/1997 mövsümündə, 18 yaşında meydana çıxdığı ilk oyununda geyinmişdi. Basketbolçu ilk matçında cəmi 6 dəqiqə meydanda olmuş və xal qazanmamışdı.
Qeyd edək ki, bu, sabiq beysbolçu Beyb Rut, basketbolçu Maykl Cordan və argentinalı əfasanəvi futbolçu Dieqo Maradonanın formasından sonra satılan dördüncü ən bahalı idman geyimi olub.
Son xəbərlər
04:32
Mourinyo "Real"ın ÇL-dəki qələbəsindən sonra Valverdenin oyununu yüksək qiymətləndirib
Futbol
04:12
ABŞ Yaxın Şərqdəki bazalardakı hərbi mövcudluğunu azaldır
Digər ölkələr
03:49
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
Energetika
03:33
Fransanın iri şəhərlərinin təcridxanaları kütləvi iğtişaşlar fonunda dolub
Digər ölkələr
03:03
WP: Pentaqon Çinlə iqtisadi mübarizə üçün agent kəşfiyyatı yaratmağı planlaşdırır
Digər ölkələr
02:32
Zelenski Norveçlə birlikdə HHM sahəsində üç birgə layihənin hazırlandığını bildirib
Digər ölkələr
02:09
ABŞ-də 2027-ci ilin oktyabrınadək muxtar döyüş sistemləri komandanlığı yaradılacaq
Digər ölkələr
01:41
Zelenski: Ukrayna, ABŞ və Rusiya arasında danışıqlara hazırlıq görülür
Digər ölkələr
01:16
İtaliyada yanacağın qiymətinə görə keçirilən etirazlar ərzaq tədarükündə fasilələrə səbəb olub
Digər ölkələr