Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
Komanda
- 08 mart, 2024
- 17:21
Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, üçüncü dəfə reallaşacaq birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcəklər. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.
Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.
Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yığmalara cəlb ediləcəklər.
Son xəbərlər
18:35
Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub
Fərdi18:33
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
Elm və təhsil18:30
Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub
Elm və təhsil18:28
Aİ Ermənistanın üzvlük üçün mümkün müraciətini müzakirə etməyi planlaşdırmır
Region18:27
121 mindən çox uşaq birinci sinfə qəbul üçün elektron sistemdə sorğu yaradıb
Elm və təhsil18:24
Tramp Kanada üçün tariflərin 50% artırılacağını elan edib
Digər ölkələr18:20
Xətai rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
İnfrastruktur18:16
"Karvan-Yevlax" portuqaliyalı futbolçu Onyekaçi Silas Ezeni heyətinə qatıb
Futbol18:16
Foto