Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib

Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib Gəncə İdman Sarayında şəhər icra hakimiyyətinin, Gənclər və İdman nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılıqları ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri baş
Komanda
9 May , 2024 18:16
Gəncədə Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş respublika voleybol turniri keçirilib

Gəncə İdman Sarayında şəhər icra hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılıqları ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri baş tutub.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Özbəkistanın Gəncədəki fəxri konsulu Kənan Cəlilov, Quru Qoşunları komandanının müavini general-mayor Vasif Kazımov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, idmançılar və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsinə dərin ehtiram ifadə olunub.

Sonra turnirin açılış mərasimi baş tutub. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

N.Bayramov çıxışında bildirib ki, ölkəmizdə idman siyasətinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə idmanın inkişafına xüsusi diqqət yetirib. Əsası Ümummilli Lider tərəfindən qoyulan idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin bütün sahələrinə olduğu kimi, idman sahəsinə göstərdikləri misilsiz xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra açılış mərasiminin bədii hissəsi baş tutub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” uşaq rəqs ansamblının “Qələbə” rəqsi, Zeynəb Abdullayevanın “Ağlımdan çıxmırsan” və Söhrab İbrahimovun bədii rəhbərlik etdiyi Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ansamblının ifası tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Bədii hissə yekunlaşdıqdan sonra yarışa start verilib.

Yarışda yeniyetmə oğlanlardan ibarət 4 komanda mübarizə aparıb. Federasiya tərəfindən regionlarda təsis edilən Gəncə, Tovuz, Hacıqabul və Oğuz kollektivləri qüvvəsini sınayıb. Birinci görüşdə Gəncə və Hacıqabul komandaları üz-üzə gəliblər. Turnirin final oyununda Oğuz və Hacıqabul komandaları qarşılaşıblar. Görüşdə Oğuz komandası qələbə qazanaraq yarışı ilk pillədə tamamlayıb.

Yekunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı rəsmilərlə birgə komandalara diplom, medal, qalib kollektivə isə kubok təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi