Futzal üzrə Portuqaliya yığması ilk dəfə Avropa çempionu olub - FOTO

Futzal üzrə Portuqaliya yığması ilk dəfə Avropa çempionu olub - FOTO Bakı. 11 fevral. REPORT.AZ/ Futzal üzrə Portuqaliya milli komandası tarixində ilk dəfə Avropa çempionu olub.
Komanda
11 Fevral , 2018 02:17
Futzal üzrə Portuqaliya yığması ilk dəfə Avropa çempionu olub - FOTO

Bakı. 11 fevral. REPORT.AZ/ Futzal üzrə Portuqaliya milli komandası tarixində ilk dəfə Avropa çempionu olub.

"Report"un məlumatına Jorje Brazın baş məşqçi olduğu kollektiv Sloveniyada keçirilən yarışın finalında 7 qat Avropa çempionu İspaniyaya qalib gəlib - 3:2.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İlk dəqiqənin tamamında çempionatın bombardiri Rikardinyo hesabı açsa da, 19-cu dəqiqədə Mark Tolra bərabərlik qolunu vurub. İkinci hissədə də tərəflər hərəyə bir qol vurublar. 32-ci dəqiqədə Linin qoluna Portuqaliya millisi 39-cu dəqiqədə Bruno Koelyonun dəqiq zərbəsi ilə cavab verib.

Qaydalara əsasən, bu halda əlavə vaxt təyin olunub. 5 dəqiqədən ibarət iki hissə zamanı Portuqaliya millisi zədə üzündən çempionatın bombardiri Rikardinyonun xidmətindən məhrum olub. Lakin sona 1 dəqiqə qalmış İspaniya cərimə zərbəsi ilə cəzalanıb. Portuqaliya yığmasından Bruno Koelyo bu fürsətdən yararlanaraq, Avropa çempionu adına layiq görülüb. Rikardinyo isə çempionatın ən yaxşı futzalçısı seçilib.

Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Qazaxıstana 1:0 hesabı ilə qalib gələn Rusiya qazanıb.

Son xəbərlər

Orphus sistemi