Yuxarı

Futzal üzrə dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib

Rusiya darmadağınla, Paraqvay penaltilərlə mərhələ adlayıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib. "Report"un məlumatına görə, bunlar Paraqvay və Rusiya yığmalarıdır.

Paraqvay 1/8 finalda penaltilər seriyasında təşkilatçı ölkə millisini üstələyib - 3:2. Növbəti mərhələdə rəqib Braziliya - İran görüşünün qalibi olacaq.

Rusiya isə Vyetnamı darmadağın edib - 7:0. Qonşu ölkə yığması 1/4 finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, digər 1/8 final görüşlərində Argentina Ukraynanı, İtaliya Misiri, Portuqaliya Kosta-Rikanı, Azərbaycan isə Tailandı sınağa çəkəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi