Faiq Qarayev: “Yeni baş məşqçimizin işi çox çətindir”
Komanda
- 16 may, 2023
- 09:04
“Yeni baş məşqçimizin işi çox çətindir. Ona dəstək olmalıyıq”.
“Report”un məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev qadınlardan ibarət millinin baş məşqçisi postuna gətirilən Ataman Güneyligilin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.
O, türkiyəli mütəxəssisə hər cür köməkliyə hazır olduqlarını bildirib: “Ataman bəyə böyük hörmətim var. Mən də Türkiyədə bir neçə il işləmişəm. Həmişə onun arxasındayam”.
F.Qarayev əlavə edib ki, federasiya prezidenti Şahin Bağırovla birlikdə Azərbaycan voleybolu üçün ciddi işlər görəcəklər: “Şahin müəllim çox pozitiv insandır. Bu da voleybolumuza xeyir verəcək”.
Qeyd edək ki, Ataman Güneyligillə 3 aylıq müqavilə imzalanıb.
Son xəbərlər
17:33
Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb
Region17:27
İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib
Futbol17:12
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Din16:57
Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb
Maliyyə16:46
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
Hadisə16:39
"Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır
Futbol16:32
Nepalda daşqın nəticəsində ölənlərin sayı 669-a çatıb - YENİLƏNİB
Digər ölkələr16:23
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
Hadisə16:10