Elçin Cəfərov: “Dünya çempionatındakı uğur Azərbaycan güləşində tarixi hadisədir”

Elçin Cəfərov: “Dünya çempionatındakı uğur Azərbaycan güləşində tarixi hadisədir” “Bu Azərbaycan idmanında, güləşində tarixi hadisədir. Oktyabrın 2-dən 10-a kimi Norveçin paytaxtı Osloda keçirilmiş yunan-Roma güləşi üzrə dünya çempionatından bir neçə gün əvvəl sərbəst güləşçiləriiz qayıtdılar. Onlar iki bürünc medalla gəldilər. Bu gün
Komanda
12 Oktyabr , 2021 08:43
Elçin Cəfərov: “Dünya çempionatındakı uğur Azərbaycan güləşində tarixi hadisədir”
Elçin Cəfərov

“Bu, Azərbaycan idmanında, güləşində tarixi hadisədir. Sərbəst güləşçilərimiz daha əvvəl Norveçin paytaxtı Osloda keçirilmiş dünya çempionatından 2 bürünc qayıtmışdılar. Bu gün isə yunan-Roma güləşi üzrə yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medalla ümumi komanda hesabında bürünc mükafatla döndü".

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Elçin Cəfərov Norveçdə keçirilmiş dünya çempionatında yunan-Roma güləşi üzrə yığmanın göstərdiyi nəticəni şərh edərkən deyib.

E.Cəfərov qeyd edib ki, bu, AGF-nin böyük uğurudur: "Bu münasibətlə federasiyamızın rəhbəri Namiq Əliyevi, baş məşqçi Aleksandr Tarakanovu və yığmanın məşqçiləri Rövşən Bayramov, Həsən Əliyev və Akif Əliyevi təbrik edirəm. Yarışa hazırlıq, təlim-məşq toplanışları uzun müddət aparılıb. Bu işdə bizə dəstək olan Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə minnətdarlığımı bildirirəm. Hazırlıqlarımızı bundan sonra da davam etdirəcəyik".

Federasiya rəsmisi əldə etdikləri nailiyyəti “Dəmir yumruq” əməliyyatının keçirildiyi, qələbənin qazanıldığı Vətən müharibəsinin şəhidlərinə, qazilərinə həsr edib: "Hesab edirəm ki, onlar keçən il bu qələbəni bizə bəxş etdikləri kimi, idmançılarımız da qələbələrini onlara həsr edir".

Gələcək planlardan da danışan E.Cəfərov yaxın vaxtlarda Serbiyada 23 yaşadək güləşçilər arasında dünya çempionatına qatılacaqlarını bildirib: “AGF ilin sonunadək bir neçə təlim-məşq toplanışı və daxili yarışların keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə işlərmizi davam etdirəcəyik".

Qeyd edək ki, dünya çempionatında Azərbaycan yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Daha iki "bürünc"ü sərbəst güləşçilər Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) əldə ediib. Qadın güləşçilər isə medalsız qalıb.

Son xəbərlər

Orphus sistemi