Cənubi Koreyada Qış Olimpiadası - 2018-in keçiriləcəyi şəhərdə "quş qripi" yayılıb

Komanda
  • 28 noyabr, 2017
  • 23:51
Cənubi Koreyada Qış Olimpiadası - 2018-in keçiriləcəyi şəhərdə quş qripi yayılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ 2018-ci ilin fevral ayında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının təşkilatçıları ölkədə "quş qripi"nin yayılması xəbərlərindən narahatdırlar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, virus ölkənin cənub-qərbində yerləşən Çonbuk əyalətində aşkar olunub.

Yerli hakimiyyət orqanları idman obyektləri yaxınlığında yerləşən ferma işçilərini təqribən 6 min ördək və cücəni öldürməyə çağırıblar.

Bildirilir ki, 2018-ci il Olimpiadasının təşkilatçıları fermalara baş çəkərək lazımi tədbirlər görmək üçün 110 min dollar təklif ediblər.

44 filmi