"Azərreyl" klubu Avropa kubokları ilə vidalaşıb
Komanda
- 22 yanvar, 2015
- 16:10
Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu Çelenc Kubokunda mübarizəni dayandırıb. "Report"un məlumatına görə, baş məşqçi Vüqar Əliyevin komandası 1/8 finalda Norveçin "Stod Volley" səddini keçə bilməyib.
Bakıdakı Voleybol Mərkəzində keçirilən cavab görüşündə "Azərreyl" "qızıl set"də uduzub. Norveçdəki ilk görüşdə 1:3 hesabı ilə yenilən Azərbaycan təmsilçisi təkrar qarşılaşmanın əsas bölümündə üstün olub - 3:0 (25:19, 25:20, 25:21). Qaydalara görə, bu halda, əlavə yarım set təyin olunub. "Qızıl set" adlanan set gərgin alınıb. Yekunda "Azərreyl" 16:18 hesabı ilə uduzaraq Çelenc Kuboku ilə vidalaşıb.
Qeyd edək ki, daha öncə "Lokomotiv" CEV Kubokunda mübarizəni 1/4 finalda dayandırıb.
Son xəbərlər
09:17
Salyanda yanan avtomobili söndürən şəxsləri maşın vurub, ölən və xəsarət alan var
Hadisə09:16
Premyer Liqa: "Araz-Naxçıvan" 6 aydır qalib gələ bilməyən "Karvan-Yevlax"la səfərdə qarşılaşacaq
Futbol08:56
Yaponiyada quş qripi səbəbindən 560 min toyuq məhv ediləcək
Digər ölkələr08:44
Ağ Ev: ABŞ Ali Məhkəmənin qərarından sonra bəzi tarifləri ləğv edir
Digər ölkələr08:23
"Axios": ABŞ İranın ali lideri və onun oğlunun aradan götürülməsi imkanını nəzərdən keçirir
Digər ölkələr08:04
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Region07:43
İranda etirazlar zamanı ölənlərin tam siyahısı açıqlanıb
Region07:27
Britaniya Kralı qardaşının varislikdən çıxarılması barədə qərarı dəstəkləyəcək
Digər ölkələr06:58