Yuxarı

​Azərbaycanlı idmançı Fransada 1-ci olub

Olqa İsmayılova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Bakı. 1 fevral. REPORT.AZ/ Fransada velosiped idmanının trek növü üzrə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1-ci kateqoriyalı "Fenioux Piste International" turnirinə start verilib.

"Report"un məlumatına görə, yarışın ilk günü yığma komandamız üçün uğurlu alınıb.

Keyrin növündə çıxış edən yığma komandamızın lideri Olqa İsmayılova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Nicat Niftəliyev isə həm omniumda, həm də sprintdə 9-cu nəticə göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi