Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.
Komanda
7 Sentyabr , 2022 19:16
Azərbaycanın qadın voleybol millisi Sloveniyaya uduzub

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, rəqib D qrupunun lideri Sloveniya millisi olub. Mariborda təşkil olunan qarşılaşma meydan sahiblərinin 3:1 (25:16, 25:18, 19:25, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.

İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə də Sloveniya eyni hesabla qalib gəlmişdi. Hazırda bu yığma 14 xalla 1-ci, Azərbaycan isə 9 xalla 2-ci yerdə gedir.

Qrupun digər görüşündə 4 xala malik Avstriya xalı olmayan Gürcüstanı qəbul edəcək.

Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə bu məğlubiyyətlə qrup ikincisi kimi mərhələ şansını çətinləşdirib. Çünki Avstriya autsayder Gürcüstanı yenməklə, xalını 7-yə çatdıra və son turda Eldar Yusubovun baş məşqçi olduğu kollektivlə ev oyununda qələbə qazanmaqla, qrup ikinciliyini ələ keçirə bilər.

Son xəbərlər

Orphus sistemi