Azərbaycanın 3x3 qadın basketbol millisinin baş məşqçisi: “Nəticələrdən məmnunam”

Azərbaycanın 3x3 qadın basketbol millisinin baş məşqçisi: “Nəticələrdən məmnunam” “Millimizin bu günə qədər əldə etdiyi nəticələrdən məmnunam”
Komanda
15 noyabr 2023 10:29
Azərbaycanın 3x3 qadın basketbol millisinin baş məşqçisi: “Nəticələrdən məmnunam”

“Millimizin bu günə qədər əldə etdiyi nəticələrdən məmnunam”

Bunu “Report”a açıqlamasında Azərbaycanın 3x3 qadın basketbol millisinin baş məşqçisi Raşa Deliç deyib.

Serbiyalı mütəxəssis yığmanın Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak imkanını da dəyərləndirib. O, təsnifat turnirlərində uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: “Olimpiadaya vəsiqə qazanmaq üçün ötən yay kifayət qədər xal toplamışdıq. Bizə bu xalları qazandıran “Neftçi”nin bütün oyunçularına arxalana bilmərik. Çünki komandanın iki üzvü millidə çıxış edə bilməyəcək. Amma yenə də əminəm ki, yığmanın hər bir basketbolçusu mümkün qədər uğurlu nəticə üçün mübarizə aparacaq. Çox çətin olacaq, çünki yaxşı komandalarla qarşılaşacağıq. Buna baxmayaraq, uğurlu çıxış üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycanın 3x3 qadın basketbol millisi Dünya Qadın Seriyasının mərhələ matçlarında toplanan reytinq xallarına görə olimpiadaya vəsiqə şansı əldə edib. Komandamız iki təsnifat turnirində mübarizə aparacaq. İlk təsnifat yarışı 2024-cü ilin 17-18 aprel tarixlərində baş tutacaq. İkinci təsnifat turniri gələn ilin iyununa planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi