Azərbaycan Voleybol Federasiyası 16 yaşadək idmançılar üçün düşərgələr təşkil edir
Komanda
- 09 avqust, 2024
- 08:27
Azərbaycan Voleybol Federasiyası (AVF) 16 yaşadək voleybolçu qızlar üçün düşərgələr təşkil edir.
Qurumdan "Report"a verilən məlumata görə, ilk düşərgə Qusarda start götürüb və 10 gün davam edəcək.
İdmançılara yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma rəhbərlik edir. Onun köməkçisi isə Hamid Anvaridir.
Burada fiziki və texniki məşqlərlə yanaşı, qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma toplaması üçün müxtəlif proqramlar həyata keçirilir.
Qeyd edək ki, növbəti düşərgə 16-26 avqust aralığında Qaxda təşkil olunacaq. Düşərgələrə ümumilikdə 22 idmançı cəlb olunub. Sonda onlar arasında seçim aparılacaq və 16 yaşadək (U-16 ) qızlardan ibarət komanda formalaşdırılacaq.
Son xəbərlər
11:04
NATO Rusiyanın qlobal dəniz təhdidinə qarşı hazırlıq görülməsinə çağırış edib
Digər ölkələr10:35
Şri-Lankada tropik qasırğa nəticəsində ölənlərin sayı 643-ə çatıb
Digər ölkələr10:19
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında VII turun proqramları bəlli olub
Komanda10:10
Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək
Mədəniyyət siyasəti09:56
Amerikanın "Electron" raketi YATA-nın eksperimental peykini orbitə çıxarıb
Digər ölkələr09:41
KİV: Upamekano "Bavariya"dan "Real Madrid"ə transfer olunmağa yaxındır
Futbol09:25
Azərbaycan Basketbol Liqasında bu gün IX tura yekun vurulacaq
Komanda09:24
FAKTİKİ HAVA: Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində sulu qar yağır
Ekologiya09:13