Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb

Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək
Komanda
25 Mart , 2024 11:21
Azərbaycan voleybol çempionatı: XVIII turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi tarix müəyyənləşib.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, XVIII turun matçları martın 26-da reallaşacaq.

Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. "Gəncə" klubu doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, 18:00-da isə "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində reallaşacaq.

Qeyd edək ki, "Azərreyl" 42 xalla liderdir. "Murov Az Terminal" 37 xalla ikinci, "Abşeron" 33 xalla üçüncü, "Gəncə" 24 xalla dördüncü pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 14 xala malikdirsə, sonuncu sıradakı UNEC-in xalı yoxdur.

Son xəbərlər

Orphus sistemi