Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başlayıb

Komanda
  • 09 avqust, 2021
  • 07:41
Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsinə başlayıb

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığını davam etdirir.

Federasiyadan "Report"a verilən məlumata görə, 1 - 7 avqustda Macarıstanda təlim-məşq toplanışı ilə bərabər, “Savaria” beynəlxalq turnirində də iştirak edən yığma avqustun 8-də oradan birbaşa Bosniya və Herseqovinaya yola düşüb. Voleybolçular hazırlıq planına uyğun olaraq toplanışa sözügedən ölkədə davam edəcəklər.

Vüqar Əliyevin baş məşqçi olduğu kollektiv avqustun 16-da hazırlıq prosesinə yekun vuracaq və bir gün sonra Avropa çempionatının keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.

Qeyd edək ki, A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq.

Oyunların təqvimi

20 avqust
17:00. Azərbaycan - Belçika

21 avqust
18:00. Azərbaycan – Bosniya və Herseqovina

22 avqust
17:00. Rusiya – Azərbaycan

24 avqust
20:00. Azərbaycan - Serbiya

25 avqust
17:00. Fransa – Azərbaycan

Son xəbərlər

Bütün Xəbər Lenti