Yuxarı

​Azərbaycan karateçiləri Qətərdə 7 medal qazanıb

Medallardan 3-ü qızıl, 4-ü isə gümüşdür

Bakı. 25 may. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən karate üzrə 4-cü beynəlxalq turnirə yekun vurulub. "Report"un Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəsmi saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı karateçilər turniri 7 medalla başa vurublar.

Yarışa yollanan "Bakı 2015" I Avropa Oyunlarının 8 iştirakçısı 7 final döyüşü keçirməklə 3 qızıl və 4 gümüş medala sahib olublar.

Firdovsi Fərzəliyev (-60 kq), Şahin Atamov (+84 kq) və Tural Balcanlı (kata) turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Mamayev (-84 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva və Ədilə Qurbanova (kata) isə gümüş medalla kifayətləniblər. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında ilk pilləyə yüksəlib.

Qeyd edək ki, milli komanda Bakıya döndükdən sonra tam heyətlə Qəbələyə təlim-məşq toplanışına yola düşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi