Azərbaycan çempionatında zədələnən həndbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb

Azərbaycan çempionatında zədələnən həndbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb Oyun zamanı zalda həkim olmadığı üçün onu digər həndbolçular meydandan çıxarıblar
Komanda
16 Fevral , 2017 15:07
Azərbaycan çempionatında zədələnən həndbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb

Bakı. 16 fevral. REPORT.AZ/ "ABU Arena"da startı verilən qadın həndbolçular arasında Azərbaycan çempionatında xoşagəlməz olay baş verib. 

"Report"un məlumatına görə, açılış mərasimindən sonra "Azəryol" və "Nur" komandaları arasındakı görüş təcili yardım maşını gəlmədən başlayıb.

İlk yarının əvvəllərində "Azəryol"un oyunçusu Yana Qornak toqquşma nəticəsində ayağından zədələnərək, yerdə qalıb. Bu zaman onu meydandan çıxarmağa xərək də olmayıb. Nəticədə digər həndbolçular Qornakı qucaqlayaraq, çölə çıxarıblar. Zalda həkimlər olmadığı üçün o, bir müddət köməksiz vəziyyətdə qalıb. Yalnız 15-20 dəqiqə sonra təcili yardım maşını hadisə yerinə gəlib. Zədəli həndbolçu həmin maşına mindirilərək, xəstəxanaya aparılıb.

Qeyd edək ki, hadisə Azərbaycan Həndbol Federasiyasının yeni prezidenti Saleh Məmmədovla Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin gözləri qarşısında baş verib. Yana Qornak həm də Azərbaycan milli komandasının üzvüdür. 

Son xəbərlər

Orphus sistemi