Avropa çempionatında rekorda imza atan gənc boksçular Vətənə dönüblər

Avropa çempionatında rekorda imza atan gənc boksçular Vətənə dönüblər Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 22 yaşadək boksçular arasında medal sayında yeni rekord vuran Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.
Komanda
21 Noyabr , 2023 03:34
Avropa çempionatında rekorda imza atan gənc boksçular Vətənə dönüblər

Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatında 22 yaşadək boksçular arasında medal sayında yeni rekorda imza atan Azərbaycan milli komandasının üzvləri Vətənə dönüblər.

“Report” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc boksçuların qarşılanma mərasimi olub.

Milli komandanın üzvlərini idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, komanda Avropa çempionatında 5 medal qazanmaqla tarixi ilki reallaşdırıb. İndiyədək boksçular analoji yarışda 4 dəfə fəxri kürsüyə yüksəlmişdilər. Milli 2012-ci ildə Rusiyada, 10 il sonra Xorvatiyada 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi. Bu dəfə qazanılan 5 medal qitə çempionatında yeni rekorddur.

Bu yaş qrupunda Nicat Hüseynov (51 kq) ikinci dəfə Avropa çempionu tituluna yiyələnib. Daha əvvəl 2012-ci ildə Elvin İsayev (60 kq), 2019-cu ildə Məhəmməd Abdullayev (+91 kq) qitə birinciliyinin qızıl medalına sahib olub.

U-22 Avropa çempionatı həm də qadınların yarışında Azərbaycanın ilk medalını qazanması ilə əlamətdar olub. Komandanın heyətində Marjona Savriyeva (50 kq) 3-cü olmaqla adını Azərbaycanın boks tarixinə yazdırıb.

Qeyd edək ki, Avropa çempionatında Nicat Hüseynov (51 kq) qızıl, Əzrək Bəbirov (57 kq) gümüş, Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi