ARAF-ın baş katibi: Milli cins atlarımızın qiymətində artım müşahidə olunub

ARAF-ın baş katibi: Milli cins atlarımızın qiymətində artım müşahidə olunub Milli cins atlarımızın qiymətində artım müşahidə olunub.
Komanda
20 May , 2024 12:48
ARAF-ın baş katibi: Milli cins atlarımızın qiymətində artım müşahidə olunub

Milli cins atlarımızın qiymətində artım müşahidə olunub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında sabah startı veriləcək Peşəkar Çövkən Liqası ilə bağlı mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev deyib.

ARAF rəsmisi yeni layihələrin olduğunu vurğulayıb: "Yeni layihələrimiz var. 2026-cı ildən ikinci liqanı təsis etmək istəyirik. Çalışacağıq mövsümün sonunda aşağı liqada ilk yerləri tutan komandalar əsas liqaya yüksəlsinlər. Görüləcək işlərimiz çoxdur. Milli cins atlarımızın qiymətində də artım müşahidə olunub. Liqanın sonunda daha da yüksələcəyini gözləyirik".

Qeyd edək ki, yarışda 10 komanda - "Ağstafa Dilbaz", "Elit", "Embavud", "Köhlən", "Qarabağ", "Omar", "Polad", "Sərhədçi", "Şirvan" və "Zəfər" iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi