"Abşeron"un baş məşqçisi: "Naxçıvan" üzərindəki qələbə bizə asan başa gəlmədi"

"Abşeron"un baş məşqçisi: "Naxçıvan" üzərindəki qələbə bizə asan başa gəlmədi" "Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan"a qalib gələrək yarımfinala yüksəldikləri oyunu dəyərləndirib.
Komanda
24 aprel 2025 21:51
Abşeronun baş məşqçisi: Naxçıvan üzərindəki qələbə bizə asan başa gəlmədi

"Abşeron"un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan"a qalib gələrək yarımfinala yüksəldikləri oyunu dəyərləndirib.

"Report" xəbər verir ki, türkiyəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə danışıb.

O, 78:73 hesablı qələbədən məmnun olduqlarını bildirib:

"Pley-in görüşlərindən bu yana çox yaxşı mübarizə aparırıq. İşimiz çətin idi. İlk oyunu uduzmuşduq. Bu qələbə asan başa gəlmədi. Oyunçularımı təbrik edirəm. Konsentrasiyanı itirmədilər. Sona qədər mübarizə apardılar. Bu cür matçlarda məhz yaxşı mübarizə aparıb sona qədər oynadıqda qalib gəlinir. Gərgin məqamlarda pozitiv olmağa çalışdıq. Sonda bacardıq. Hazırda çox yorğunuq. Yarımfinalın ilk oyununa qədər vaxt azdır. İstiahət edib, dərhal növbəti oyuna hazırlaşacağıq".

Qeyd edək ki, bu gün baş tutan pley-off mərhələsinin üçüncü matçında "Abşeron" "Naxçıvan"a qalib gəlib. Bunadək tərəflər bu raundda hərəyə bir qalibiyyət əldə etmişdilər. "Abşeron" növbəti mərhələdə "Neftçi" ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi