Vahid Hacıyev: "Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri sürətləndirilib"

Vahid Hacıyev: "Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri sürətləndirilib" Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri tam sürətlə davam edir.
İnfrastruktur
29 Sentyabr , 2023 14:42
Vahid Hacıyev: Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri sürətləndirilib

Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri tam sürətlə davam edir.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bu gün Zəngilan şəhərində keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA2) deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Şərqlə Qərbin arasındakı məsafəni qısaldacaq.

V. Hacıyev vurğulayıb ki, tarixən İpək yolu üzərində yerləşən Azərbaycan heç şübhəsiz məhz iqtisadi münasibətlər baxımdan Mərkəzi Asiya, Avropa və Cənubi Qafqaz arasında mühüm rol oynayıb: "Daimi sülhün yolu beynəlxalq əlaqələr hesabınadır".

Xatırladaq ki, dayanıqlı urbanizasiya proseslərinin əhəmiyyətini vurğulamaq məqsədilə sentyabrın 29-dan etibarən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində “Şəhərsalma Həftəsi 2023” keçirilir.

Qeyd edək ki, NUFA2-nin növbəti sessiyaları paytaxt Bakıda təşkil olunacaq və oktyabrın 1-də yekunlaşacaq. Oktyabrın 2-də isə Bakı ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edəcək. Həmin gün nüfuzlu beynəlxalq ekspertlər və dövlət rəsmiləri "Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu altında əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsini aparacaqlar.

Son xəbərlər

Orphus sistemi