Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib
İnfrastruktur
- 12 sentyabr, 2025
- 12:41
Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib.
Bu barədə "Report" Türkmənistan mediasına istinadən məlumat verir.
Tenderdə iştirakda maraqlı olan tərəflərin müraciət və təklifləri nazirliyin Marketinq və Xarici İqtisadi Əlaqələr İdarəsində sentyabrın 22-dək qəbul edilir və qeydiyyata alınır.
Füzulidə məscidin tikintisi Türkmənistanın Azərbaycana hədiyyəsi olacaq. Bu barədə daha əvvəl Prezident İlham Əliyev məlumat verib və qeyd edib ki, məscidin inşası ilə bağlı təklifi Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfəri çərçivəsində irəli sürüb. Artıq memarlıq eskizi hazırlanıb və yaxın vaxtlarda təməlinin qoyulması planlaşdırılır.
Son xəbərlər
06:43
UEFA AFFA-ya 5,55 milyon avro vəsait ayıracaq
Futbol06:08
Trampın xüsusi elçisi Berlində Avropa liderləri və Zelenski ilə görüşəcək
Digər ölkələr05:36
Rusiyanın hücumundan sonra Odessada işıq və suyun nəqlində fasilələr yaranıb
Digər ölkələr05:14
WSJ: ABŞ Çindən İrana gedən gəmini ələ keçirib
Digər ölkələr04:41
Tramp: Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var
Digər ölkələr04:08
Almaniyada aeroportda sərnişindən 11 000-dən çox almaz müsadirə edilib
Digər ölkələr03:52
Tramp FES rəhbəri vəzifəsinə iki əsas namizədin adını açıqlayıb
Digər ölkələr03:21
"Liverpul" Salahı heyətinə qaytarıb
Futbol02:38