Türkiyə hava limanlarında pandemiya dövründə yükdaşıma kəskin artdı

Türkiyə hava limanlarında pandemiya dövründə yükdaşıma kəskin artdı Türkiyənin İstanbul, Atatürk, Sabiha Gökçən hava limanlarında yanvar-oktyabr aylarında 1 milyon 546 min 258 ton baqaj, karqo və poçt yükü göndərilib.
İnfrastruktur
24 Noyabr , 2020 14:10
Türkiyə hava limanlarında pandemiya dövründə yükdaşıma kəskin artdı

Türkiyənin İstanbul, Atatürk, Sabiha Gökçən hava limanlarında yanvar-oktyabr aylarında 1 milyon 546 min 258 ton baqaj, karqo və poçt yükü göndərilib.

“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, koronavrius pandemiyasına görə aprel və may aylarında hava nəqliyyatı ilə yükdaşıma tamamilə dayanmışdı. Lakin iyundan etibarən yükdaşımada müəyyən canlanma oldu.

Atatürk Hava Limanında yanvar-oktyabr aylarında daxili daşımalar 3 min 633 ton, xaric istiqamətində isə 691 min 792 ton təşkil edib.

Sabiha Gökçən Hava Limanında isə bu müddət ərzində 159 min 637 ton yük daşınıb, bu yükün 84 min 395 tonu daxili daşıma, 75 min 242 tonu isə xaricə daşınıb.

İstanbul Hava Limanından yanvar-oktyabr aylarında daxili daşımalarda 72 min 93 ton, xaric istiqamətində isə 619 min 103 ton baqaj, karqo və poçt yükü göndərilib. Ümumilikdə, Türkiyənin bütün hava limanlarından 1 milyon 965 min 608 tondan ibarət baqaj, karqo, poçt yükləri daşınıb.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Atatürk Hava Limanından 16 min 916 ticarət yönümlü uçuş həyata keçirilib. Səfərlərin 211-i daxili, 16 min 705-i isə xaric istiqamətlərində olub. Sabiha Gökçən Hava Limanından isə daxili istiqamətdə 67 min 751, xaricə isə 33 min 728 olmaqla ümumilikdə 101 min 479 sayda ticarət yönümlü uçuş həyata keçirilib. İstanbul Hava Limanından isə yanvar-oktyabr aylarında 105 min 835 sayda ticarət yönümlü səfər icra edilib. Bu səfərlərin 49 min 294-ü daxili, 101 min 541-i isə xaric istiqamətində olub.

Son xəbərlər

Orphus sistemi