TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşımalar 11% artıb

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşımalar 11% artıb Bu ilin I rübündə daşınmış yüklərin həcmi 13 163,1 min ton təşkil edib
İnfrastruktur
8 May , 2017 10:49
TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşımalar 11% artıb

Bakı. 8 may. REPORT.AZ/ Bu ilin I rübündə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13 163,1 min ton, yük dövriyyəsi isə 2 744,5 mln. ton-km olub. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 7 764,8 min tonu və ya 59,0%-i avtomobil nəqliyyatı, 3 653,0 min tonu və ya 27,7%-i dəmir yolu nəqliyyatı, 1 745,3 min tonu və ya 13,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 11,2% artım müşahidə edilib. 

Yüklərin 20,7%-ni və ya 2723,9 min tonunu tranzit yüklər təşkil edib.

Son xəbərlər

Orphus sistemi