Tokayev: "Qazaxıstan Orta Dəhliz üzrə yük daşımalarının həcmini 10 milyon tona çatdırmağı planlaşdırır"

Tokayev: "Qazaxıstan Orta Dəhliz üzrə yük daşımalarının həcmini 10 milyon tona çatdırmağı planlaşdırır" Qazaxıstan 2027-ci ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə yük daşımalarının həcmini 10 milyon tona çatdırmağı planlaşdırır.
İnfrastruktur
4 aprel 2025 11:09
Tokayev: Qazaxıstan Orta Dəhliz üzrə yük daşımalarının həcmini 10 milyon tona çatdırmağı planlaşdırır

Qazaxıstan 2027-ci ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) üzrə yük daşımalarının həcmini 10 milyon tona çatdırmağı planlaşdırır.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Mərkəzi Asiya - Avropa İttifaqı" sammitində çıxışı zamanı bildirib.

Qazaxıstan Prezidentinin sözlərinə görə, ötən il Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 62 % artaraq 4,5 milyon ton təşkil edib.

K. Tokayev Avropa İttifaqı (Aİ) ölkələrinə 175 mal mövqeyi üzrə 2 milyard ABŞ dollarından çox dəyərində ixracı artırmağa hazır olduqlarını bildirib.

“Qazaxıstan Aİ-nin neft idxalının təxminən 13 %-ni təmin edir. Bu ixracın əsas hissəsi Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə həyata keçirilir. Biz CPC-nin sabit və uzunmüddətli fəaliyyətini yüksək qiymətləndiririk, eyni zamanda xammalın nəqli üçün alternativ marşrutların inkişafını da davam etdiririk”, - deyə K.Tokayev vurğulayıb.

Qazaxıstan Prezidenti, həmçinin, Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinin əhəmiyyətinə toxunaraq, bu istiqamətdə Aİ-nin “Global Gateway” strategiyasının bölgədə əlaqələrin genişlənməsinə verdiyi töhfəni dəstəklədiklərini bildirib.

Son xəbərlər

Orphus sistemi