Samux rayonuna yağan güclü yağış nəticəsində isə yaranan sel suları Yenikənd-Poylu avtomobil yolunun 41-42-ci kilometrlik hissəsində yol örtüyünə və yol qurğularına ziyan vurub.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, yaranan problemlərin aradan qaldırılması üçün Agentliyin qeyd olunan rayondakı törəmə MMC-si hadisə baş verdiyi andan etibarən tədbirlər görüb, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər edib.
Təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda təhlükəsiz və fasiləsiz hərəkət təmin edilir, təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.
Yardımlı rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Yardımlı-Deman-Arvana avtomobil yolunun 14-24-cü kilometrlik hissəsində yol örtüyünü yuyaraq sıradan çıxarıb.
"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, nəticədə yolun sözügedən kilometrliyində yol örtüyü tamamilə yararsız vəziyyətə düşüb.
Dərhal təbii fəlakət baş verən əraziyə Agentliyin canlı qüvvəsi və texnikası cəlb edilib. Avtomobil yolunun əsaslı şəkildə bərpa olunması istiqamətində hadisə baş verən andan etibarən əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir, təbii fəlakət səbəbindən yolda yaranmış fəsadlar aradan qaldırılır.