Samir Şərifov: "Rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir"

İnfrastruktur
  • 22 sentyabr, 2025
  • 10:53
Samir Şərifov: Rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir
Samir Şərifov

Rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) deyib.

Onun sözlərinə görə, ideya və innovasiyaların inkişafına dəstək verən əsas alətlərdən biri fikir mübadiləsidir: "Bu kimi investisiya forumları məhz belə fikir mübadiləsi üçün çox yaxşı platformadır".

S. Şərifov forumun gündəliyində müxtəlif nazirliklərin yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi bir sıra panel müzakirələrinin yer aldığını diqqətə çatdırıb: "Xüsusilə rəqəmsal transformasiya paneli Azərbaycanın bu sahədə təşəbbüslərinin təqdim olunacağı mühüm platforma olacaq".

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir: "Bu sahədə bir çox işlər görürük – müxtəlif biznes inkubatorlarının yaradılması, hökumət dəstəkli proqramlar vasitəsilə startaplara xüsusi dəstək, eləcə də təhsilə yatırılan investisiyalardır".

S. Şərifov sonda Azərbaycanda rəqəmsal transformasiya və təhsil sahəsində atılan addımların davam etdiriləcəyini vurğulayıb.