Samir Şərifov: “Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək”

Samir Şərifov: “Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək” Qarşıdakı illərdə dövlət vəsaiti hesabına hər il Azərbaycanda 100-130 məktəbin tikintisi, əsaslı təmiri və yenidənqurulması arzuolunandır və bunun üçün müvafiq tədbirlər görüləcək.
İnfrastruktur
13 İyun , 2023 12:55
Samir Şərifov: “Hər il 100-130 məktəbin tikintisi, yenidənqurulması üçün tədbirlər görüləcək”
Samir Şərifov

Qarşıdakı illərdə dövlət vəsaiti hesabına hər il Azərbaycanda 100-130 məktəbin tikintisi, əsaslı təmiri və yenidənqurulması arzuolunandır və bunun üçün müvafiq tədbirlər görüləcək.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.

"Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ildə nazirliyin tabeliyində olan 962 məktəbin əsaslı təmir və yenidənnqurulmasına ehtiyac var. Ötən il dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılıb və 57 məktəb tikilib, əsaslı təmir olunub", - deyə nazir əlavə edib.

S.Şərifov bildirib ki, son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub: "Bu il əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan məktəblərin sayı 832-ə enib”.

Son xəbərlər

Orphus sistemi