Saleh Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib

Saleh Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Siyəzən rayonunda vətəndaşları qəbul edib.
İnfrastruktur
26 Dekabr , 2023 15:53
Saleh Məmmədov Siyəzəndə vətəndaşları qəbul edib

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Siyəzən rayonunda vətəndaşları qəbul edib.

“Report”un Agentliyə istinadən verdiyi məlumata görə, qəbulda Siyəzən və Xızı rayonlarından olan vətəndaşların əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.

Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi