Saleh Məmmədov Salyan və Neftçala sakinlərini qəbul edəcək

Saleh Məmmədov Salyan və Neftçala sakinlərini qəbul edəcək Martın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edəcək.
İnfrastruktur
24 Mart , 2023 10:48
Saleh Məmmədov Salyan və Neftçala sakinlərini qəbul edəcək

Martın 27-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a AAYDA-dan məlumat verilib.

Məlumata görə, qəbul saat 11:00-da Salyan rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Salyan rayonu “44 №-li Yol İstismarı” və Neftçala rayonu “50 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2023-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.

Son xəbərlər

Orphus sistemi