Şahin İsmayılov: "Azərbaycan Avrasiya nəqliyyat əməkdaşlığının əsas həlqəsi statusunu möhkəmləndirir"

Şahin İsmayılov: "Azərbaycan Avrasiya nəqliyyat əməkdaşlığının əsas həlqəsi statusunu möhkəmləndirir" Azərbaycan Avrasiya nəqliyyat sisteminin formalaşmasında əsas ölkələrdən birinə çevrilir.
İnfrastruktur
27 may 2025 12:54
Şahin İsmayılov: Azərbaycan Avrasiya nəqliyyat əməkdaşlığının əsas həlqəsi statusunu möhkəmləndirir

Azərbaycan Avrasiya nəqliyyat sisteminin formalaşmasında əsas ölkələrdən birinə çevrilir.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şahin İsmayılov Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.

"Ən vacib marşrutlardan biri olan "Şimal-Cənub" dəhlizi bu gün ticarət əlaqələrinin genişlənməsi fonunda getdikcə daha çox əhəmiyyət kəsb edir. Bu marşrut Avrasiyanın cənubu və şimalı arasında yüklərin çatdırılması üçün ən qısa yoldur. Azərbaycan həm Rusiya, həm də İranla quru sərhədləri olan yeganə ölkədir. Bu dəhlizin qərb hissəsindəki strateji mövqeyi sayəsində respublika onun fəaliyyətində mühüm rol oynayır", - Ş.İsmayılov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan İran sərhədinə qədər dəmir yolu hissəsinin tikintisini başa çatdırıb və sərhəd infrastrukturunu və logistika terminallarını fəal şəkildə inkişaf etdirir.

"Bu, qeyd olunan istiqamətdə daşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verib", - nazirliyin nümayəndəsi əlavə edib.

Orphus sistemi