Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakının Xətai rayonunda içməli suyun verilməsi ilə bağlı yaranmış fasilə yaxın saatlarda aradan qaldırılacaq. Lakin sabah sözügedən ərazidə suyun verilişində yenidən məhdudiyyət yaranacaq.
Bunu "Report"a açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar aparılan təmir işləri bu gün axşam saatlarında müvəqqəti dayandırılacaq:
"Suyun verilməsi müvəqqəti bərpa ediləcək. Təmir işləri sabah davam etdiriləcək. Təmirlə bağlı sabah da qeyd olunan ərazidə suyun verilməsi məhdudlaşdırılacaq. Təmir işləri sabah yekunlaşacaq".
***13:47
Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Report” “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, məhdudiyyət magistral su kəmərində baş vermiş qəza ilə əlaqədardır.
“Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda vurğulanıb.