Rusiyadan Hindistana qədər yeni yük qatarı xətti açılacaq

Rusiyadan Hindistana qədər yeni yük qatarı xətti açılacaq İlk qatar Azərbaycanda iyul-avqust aylarında qarşılanacaq
İnfrastruktur
9 İyun , 2016 10:15
Rusiyadan Hindistana qədər yeni yük qatarı xətti açılacaq

Bakı. 9 iyun. REPORT.AZ/ Tezliklə Azərbaycan üzərindən Rusiyadan Hindistana qədər multimodal daşımalar üçün yeni qatar xətti açılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib. 

"Rusiya, daha dəqiq desək, marşrut xəttinin formalaşmasından asılı olaraq Sankt-Peterburq və ya Helsinkidən (Finlandiya) Hindistana qədər olan yük qatarının yeni xəttini açacağıq", - deyə C.Qurbanov bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda qatar iyul və ya avqust aylarında qarşılanacaq və daha sonra Hindistan istiqamətində yola salınacaq.

"Biz şimaldan cənuba yeni yük qatarı xətti açacağıq. Belə ki, qatar Mumbay limanından (Hindistan) Bəndər-Abbas (İran) limanına gəmi ilə yola salınacaq, daha sonra dəmir yolu vasitəsilə Rəştə qədər məsafəni qət edəcək. Oradan Astaraya, Azərbaycana maşınla gətiriləcək, Astarada yüklər dəmir yolu vasitəsilə Moskvaya yola salınacaq", - deyə C.Qurbanov qeyd edib.

Son xəbərlər

Orphus sistemi