Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır

Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır Rumıniya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) çərçivəsində Qazaxıstanın mühüm tərəfdaşıdır.
İnfrastruktur
15 Oktyabr , 2024 17:08
Rumıniya və Qazaxıstan Orta Dəhlizin inkişafı üzrə iş aparır

Rumıniya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) çərçivəsində Qazaxıstanın mühüm tərəfdaşıdır.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatında qeyd edilib.

“Bu gün Astanada “Konstansa Limanı – Orta Dəhlizin Avropa Qovşağı” konfransı keçirilib. Tədbir Rumıniyanın Qazaxıstandakı səfirliyinin dəstəyi ilə təşkil olunub. Konfransda Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbərliyinin, eləcə də nəqliyyat və logistika sahəsində biznesin nümayəndələri iştirak ediblər”, - məlumatda bildirilib.

Qeyd olunub ki, konfrans iştirakçıları Konstansa limanının imkanları ilə tanış olub, əməkdaşlıq variantları və inkişaf strategiyalarını müzakirə ediblər.

“Rumıniya Orta Dəhliz çərçivəsində Qazaxıstanın mühüm tərəfdaşıdır. Tərəflər TBNM-in ən qısa çatdırılma müddəti ilə müasir, multimodal və səmərəli marşruta çevirmək üçün fəal işləyirlər”, - Nazirliyin məlumatında vurğulanıb.

Bu ilin 9 ayı ərzində yükdaşımaların həcmi 69 % artaraq 3,4 milyon ton təşkil edib. Həmçinin, Çindən Avropaya və geriyə tranzit konteyner daşımaları 20 dəfədən (24 min TEU) çox artıb.

Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi