İqlim dəyişikliyinin fəsadları Pakistan iqtisadiyyatına birbaşa təsir göstərir.
"Report" xəbər verir ki, bunu Pakistanın Planlaşdırma, İnkişaf və Xüsusi Təşəbbüslər Nazirliyinin baş iqtisadçısı Zafar Ul Hassan Bakıda keçirilən "Yeni Nəsil İqtisadiyyat: Çağırışlar və Perspektivlər" mövzusunda keçirilən "3-cü İqtisadi Əməkdaşlıq Təşkilatı Beyin Mərkəzləri Forumu"nda bildirib.
Onun sözlərinə görə, Pakistan iqtisadiyyatının ¼-i kənd təsərrüfatı sahəsinin payına düşür: “Buna görə də iqlim dəyişikliyinin fəsadları ölkə iqtisadiyyatına birbaşa təsir göstərir. Bundan başqa, iqlim dəyişikliyi nəticəsində Pakistanda təbii fəlakətlərin baş vermə tezliyi artıb. Bu, ölkənin çox həssas vəziyyətdə qalmasına səbəb olub”.
O qeyd edib ki, digər tərəfdən, Pakistanın ötən il qəbul etdiyi Milli Adaptasiya Planı "yaşıl iqtisadiyyat"la bağlı addımlar atmağa töhfə verir: “Amma Pakistan qalıq yanacaqlardan çox asılıdır və biz Qlobal İqlim Fondunun maliyyə vəsaitinı çıxış əldə etmək üçün çalışırıq".