Orta Dəhliz boyunca yerləşən ölkələr limanların rəqəmsallaşdırılmasını planlaşdırırlar - EKSKLÜZİV

Orta Dəhliz boyunca yerləşən ölkələr limanların rəqəmsallaşdırılmasını planlaşdırırlar - EKSKLÜZİV Belçikanın "Camco Technology" şirkəti Qırğızıstan, Tacikistan, Özbəkistan və Qazaxıstanla limanlarda konteyner əməliyyatlarının avtomatlaşdırılması layihələri ilə bağlı danışıqlar aparır.
İnfrastruktur
18 Sentyabr , 2024 16:44
Orta Dəhliz boyunca yerləşən ölkələr limanların rəqəmsallaşdırılmasını planlaşdırırlar  - EKSKLÜZİV

Belçikanın "Camco Technology" şirkəti Qırğızıstan, Tacikistan, Özbəkistan və Qazaxıstanla limanlarda konteyner əməliyyatlarının avtomatlaşdırılması layihələri ilə bağlı danışıqlar aparır.

Bunu "Report"a şirkətin nümayəndəsi Verner Peeters deyib.

Onun sözlərinə görə, danışıqlar erkən mərhələdədir. Həmçinin "Camco Technology" həllərinin Azərbaycanın Hövsan limanında da tətbiqi imkanı nəzərdən keçirir: "Sabah biz bu limanı səfər etməyi planlaşdırırıq. Terminalların rəqəmsallaşdırılması gələcəyin zərurətidir".

V.Piters həmçinin qeyd edib ki, gələn il Orta Dəhliz ölkələri ilə müqavilələr imzalana bilər: "Biz fəal şəkildə sərgilərdə və tədbirlərdə iştirak edirik ki, hələ regionda tətbiq olunmayan həllərimizi təbliğ edək".

O vurğulayıb ki, şirkətin proqram təminatı bütün iştirakçılar üçün konteyner daşımaları proseslərini əhəmiyyətli dərəcədə sadələşdirir.

Xatırladaq ki, 2024-cü ilin ilk yeddi ayında Orta Dəhliz üzrə yük daşımalarının həcmi 2,56 milyon ton təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 63 % çoxdur. Bu ilin sonuna 4,2 milyon tona çatacağı proqnozlaşdırılır. 2023-cü ildə Orta Dəhliz üzrə daşımaların həcmi 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi