Oğuzun Mollalı kəndinin yol problemi - rəsmi qurum həll olunacağına vəd verir

Oğuzun Mollalı kəndinin yol problemi - rəsmi qurum həll olunacağına vəd verir Oğuz rayonunun Mollalı kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb. Kəndin yolunun yararsız olması sakinləri çətin vəziyyətə salıb.
İnfrastruktur
10 Noyabr , 2022 15:38
Oğuzun Mollalı kəndinin yol problemi - rəsmi qurum həll olunacağına vəd verir

Oğuz rayonunun Mollalı kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb. Kəndin yolunun yararsız olması sakinləri çətin vəziyyətə salıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, Mollalı kəndinə qədər olan 5 km-lik məsafə yararsız vəziyyətdədir. Məhz buna görə də, sakinlərin hərəkəti, rayon mərkəzinə gəliş-gedişləri əməlli-başlı problemə çevrilib.

Mollalı kəndi Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun sağ sahilində, Qəbələ rayonu ilə sərhəddə yerləşir. 156 fərdi yaşayış evi olan kənddə 700 nəfərə yaxın sakin yaşayır.

Sakinlər magistrala tək çıxışı olan kənd yoluna bu vaxta qədər bir dəfə də olsun asfalt örtüyü döşənməyib. Yolda olan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. Bir sözlə, xüsusə qış aylarında kəndə təşrif buyuran şəxs bir daha oraya getlmək istəmir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan 11 saylı Yol İstismar İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, Mollalı kəndinə qədər olan 5 kilometrlik yol investisiya proqramına salınıb və çox yaxın zamanda kəndə asfalt örtüklü yol çəkiləcək.

Son xəbərlər

Orphus sistemi