“Daha üç qatar Azərbaycana avqust ayında göndəriləcək. Avqustun 10-dək həmin 15 vaqon sizdə olacaq”.
Bunu “Report”un Rusiya bürosuna həmin ölkənin “Metrovaqonmaş” Səhimdar Cəmiyyətinin satış direktoru Viktor Zabadıkin bildirib.
“
Qeyd edək ki, bu il Rusiyadan cəmi 30 metro vaqonu idxal olunacaq. Yeni nəsil müasir vaqonların ilk 10 ədədi iyun ayının 4-də Bakıya yola salınıb.
“Metrovaqonmaş” Bakı metropolitenini faliyyət göstərdiyi 1967-ci ildən etibarən avadanlıqla təchiz edən yeganə müəssisədir. Hazırda Bakı metrosunda 300-dək Moskva istehsalı vaqon istismardadır.
İqbal Rüstəmov