Metroda nasazlıqla bağlı "28 May" və "Elmlər Akademiyası" stansiyalarında nəzarət tədbirləri gücləndirilib - YENİLƏNİB

Metroda nasazlıqla bağlı "28 May" və "Elmlər Akademiyası" stansiyalarında nəzarət tədbirləri gücləndirilib - YENİLƏNİB Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.
İnfrastruktur
4 Dekabr , 2024 19:13
Metroda nasazlıqla bağlı 28 May və Elmlər Akademiyası stansiyalarında nəzarət tədbirləri gücləndirilib - YENİLƏNİB

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar nasazlıq ehtimalı ilə xətdən çıxarılıb.

Metropolitendən “Report”a verilən məlumata görə, yaranmış vəziyyətdə sərnişin sıxlığı səbəbilə platformaların ifrat həddə yüklənməsinə yol verməmək məqsədilə zəruri tədbirlər görülür.

Hazırda "28 May" və "Elmlər Akademiyası" stansiyalarında tənzimlənmə və təhlükəsizlik tələblərinin təmin olunması üçün girişlərdə nəzarət-buraxılış tədbirləri gücləndirilib.

Texniki nasazlıq müəyyən edilmiş qatar xətdən çıxarılıb. Əvəzinə xəttə qatar verilib.

18:37

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

Metropolitendən “Report”a verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.

Qatara texniki baxış keçiriləcək.

Son xəbərlər

Orphus sistemi