Məsim Məmmədov: “Gələn ilin əvvəlinə Laçının Sus kəndinə köç başlanılacaq”

Məsim Məmmədov: “Gələn ilin əvvəlinə Laçının Sus kəndinə köç başlanılacaq” Onun sözlərinə görə, bu ilin sonuna qədər Laçında minlərlə yerli sakini görəcəyik.
İnfrastruktur
7 Sentyabr , 2023 14:17
Məsim Məmmədov: “Gələn ilin əvvəlinə Laçının Sus kəndinə köç başlanılacaq”

Laçının Sus kəndinə köçün başlanılması gələn ilin əvvəlinə planlaşdırılır.

"Report" xəbər verir, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib

O əlavə edib ki, Laçına köç mərhələli şəkildə davam edəcək: “Laçın rayonunun Sus layihəsi müvəffəqiyyətli olacaq. Orada tikinti işləri davam edir. Sus kəndinə köç gələn il mümkün ola bilər".

Onun sözlərinə görə, bu ilin sonuna qədər Laçında minlərlə yerli sakini görəcəyik.

Laçında inşa ediləcək məscidlə bağlı danışan M. Məmmədov artıq bunun üçün yer ayrıldığını da qeyd edib: “Layihələndirmə işləri başa çatmaq üzrədir, bununla da yerli şirkət məşğuldur. Ümid edirəm ki, yaxın zamanda layihələndirmə bitəcək və tikinti işlərinə başlanılacaq”.

M. Məmmədov Laçında dağıdılmış abidə ilə bağlı isə deyib ki, artıq Mədəniyyət Nazirliyi tərəfindən bununla bağlı layihə təqdim olunub: “Ümid edirəm, bu proses də müsbət rəy alacaq. Yaxın zamanlarda adıçəkilən layihə reallaşacaq”.

Son xəbərlər

Orphus sistemi