Kürdəmir rayonuna içməli suyun verilişi bərpa olunub.
Bu barədə “Report”un Yuxarı Şirvan bürosuna “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir Su-kanal sahəsinin rəisi Arzu Şahbazov bildirib.
“Azərsu” ASC-nin ərazi üzrə əməkdaşları baş verən hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçiriblər və suyun rayona verilişi bərpa olunub.
Xatırladaq ki, hadisə fevralın 9-da səhər saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü km-də rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Magistral su xəttinin partlaması nəticəsində rayon mərkəzinə və bir neçə kəndə içməli suyun verlişi dayandırılıb. Su xətti rayonun 8 222 abonentinə xidmət edir.
Ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına inşa olunub. Xətt Kürdəmir rayon mərkəzini və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçrilib.
![](https://static.report.az/photo/5d32a385-a1a4-34cc-be21-2d3826598fa1_300.jpeg)
![](https://static.report.az/photo/a77d5049-25f7-3d29-b3b7-d06fed0337a3_300.jpeg)
![](https://static.report.az/photo/a4907972-0a36-3b05-aea6-4f622f9bc2f6_300.jpeg)
![](https://static.report.az/photo/04bc405e-f2ea-3b6e-ae8b-dfe54570df8c_300.jpeg)
![](https://static.report.az/photo/05249020-9ace-347f-8d05-f45426837bd9_300.jpeg)
![](https://static.report.az/photo/8f4e5e6e-ee2b-3359-8825-9baa617ca733_300.jpeg)
![](https://static.report.az/photo/4885e2d7-b396-3b72-8c9b-95bddec0cf75_300.jpeg)