Heydər Əliyev prospektində yanğın baş verib

Heydər Əliyev prospektində yanğın baş verib Bu nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaradıb
İnfrastruktur
24 Avqust , 2021 16:46
Heydər Əliyev prospektində yanğın baş verib
0 : 00
0 : 00

Fotolar əlavə olunub.

15:04

Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gəlib və müvafiq göstərişlərini verib.

14:51

Hazırda Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sıxlıq yol kənarında baş verən yanğın səbəbindən yaranıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi