“Koroğlu” metrostansiyası istiqamətində təmirlə əlaqədar avtobusların dayanacağında dəyişiklik edilib

“Koroğlu” metrostansiyası istiqamətində təmirlə əlaqədar avtobusların dayanacağında dəyişiklik edilib Bakı. 15 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparacaq.
İnfrastruktur
15 Noyabr , 2018 16:39
“Koroğlu” metrostansiyası istiqamətində təmirlə əlaqədar avtobusların dayanacağında dəyişiklik edilib

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparacaq.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır:

“Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb”, - deyə məlumatda vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi